PDF Oxu

Siyasət

  • 530

Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub - FOTOLAR

image

06.05.2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə gənc partiya fəallarının və məktəblilərin iştirakı ilə Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olundu.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsinə dərin ehtiram ifadə olundu.

Beyləqan rayon Heydər Əliyev Mərkəzində ziyarətçilərə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini əks etdirən eksponat və fotostendlər barədə məlumat verildi.

Daha sonra Beyləqan rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Dövlət Himni səsləndirildi. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilən filmə baxıldı.

Digər xəbərlər