PDF Oxu

Siyasət

  • 939

Azərbaycan-İtaliya əlaqələri uğurlu əməkdaşlıq modelidir - ŞƏRH

image

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin siyasi çəkisi artıq yalnız iqtisadi potensial və hərbi güclə ölçülmür. Qlobal proseslərə təsir imkanları, diplomatik çeviklik, enerji təhlükəsizliyində oynanan rol və beynəlxalq etimad faktoru dövlətlərin nüfuzunu müəyyən edən əsas meyarlara çevrilib. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə nümayiş etdirdiyi siyasi kurs ölkəmizi regionun əsas geosiyasi aktorlarından birinə çevirib. İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevin verdiyi bəyanat da məhz bu reallığın siyasi ifadəsi kimi xüsusi diqqət çəkir.

Bununla yanaşı, iqtisadi əlaqələr tədricən diversifikasiya olunur. İtaliya şirkətləri Azərbaycanda tikinti, infrastruktur, kənd təsərrüfatı və dizayn sahələrində aktiv fəaliyyət göstərir. Azərbaycan isə İtaliyaya yalnız enerji deyil, həm də qeyri-neft məhsullarının ixracını artırmağa çalışır. Humanitar və mədəni əlaqələr də bu tərəfdaşlığın mühüm istiqamətlərindəndir. Azərbaycan mədəniyyətinin İtaliyada tanıdılması, eyni zamanda İtaliya incəsənətinin Azərbaycanda təşviqi iki xalq arasında qarşılıqlı anlayışı gücləndirir.
Siyasi səviyyədə isə münasibətlər yüksək intensivliklə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya rəhbərliyi arasında qarşılıqlı səfərlər və görüşlər bu dialoqun davamlılığını təmin edir. Bu baxımdan, 2026-cı il 4 may tarixində İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni-nin Bakıya səfəri xüsusi əhəmiyyət kəsb edir. Bu səfər yalnız diplomatik protokol xarakteri daşımır, həm də tərəfdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirən konkret siyasi və iqtisadi mesajlar verir.
Dostluğun ən gözəl tərəfi isə insani bağlardır. Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti bu bağların ən bariz nümunəsidir. Artıq orada 500-dən çox tələbə təhsil alır. Prezidentin qeyd etdiyi kimi, bu gənclər gələcəkdə hər iki ölkənin mütəxəssisi və bir-birimizin "səfirləri" olacaqlar.
Ciorcia Meloninin bu səfəri və 13 illik fasilədən sonra İtaliya Baş nazirinin Bakıya gəlişi münasibətlərimizdəki "keyfiyyət sıçrayışını" təsdiqlədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu xarici siyasət kursu göstərir ki, Azərbaycan Avropa üçün əvəzolunmaz və etibarlı tərəfdaşdır. 2014 və 2020-ci il bəyannamələrinin ruhuna uyğun olaraq, bu tərəfdaşlıq hər iki xalqın rifahına və regionun sabitliyinə xidmət etməyə davam edəcək.
İtaliya Baş nazirinin Azərbaycana səfəri zamanı səsləndirilən fikirlər və aparılan müzakirələr bir daha sübut etdi ki, Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində təşəbbüs irəli sürən, regional proseslərə təsir göstərən və qlobal əməkdaşlıq platformalarında mühüm rol oynayan dövlətlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin siyasi nüfuzunu daha da gücləndirir və Azərbaycanın gələcək inkişaf mərhələsinə yeni strateji imkanlar qazandırır.

Turac İbrahimova
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər