PDF Oxu

Siyasət

  • 1 054

“İtaliya Avropa məkanında olduqca aydın və vizyonu geniş siyasət yürüdən ölkədir” - ŞƏRH EDİLDİ

image

“İtaliya Avropa məkanında olduqca aydın və vizyonu geniş siyasət yürüdən ölkədir. Bir tərəfdən milli maraqlar nəzərə alınırsa, digər tərəfdən yeni dünya nizamının formalaşdırılmasında baş verən proseslərə obyektiv yanaşma sərgilənir. İtaliyanın xarici siyasət kursu çoxvektorludur. Bu xarici siyasətdə Avropa ilə münasibətlər, Atlantik məkanla münasibətlər, Aralıq dənizi ölkələri ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir”.Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.O bildirib ki, İtaliya həm də Avropa İttifaqına və Avropa məkanına daxil olmayan ölkələrlə də münasibətlərin genişləndirilməsinə xüsusi əhəmiyyət verir:“Qeyd olunmalı məqam odur ki, Azərbaycan bu aktorlar içində xüsusilə fərqlənir. Çünki Azərbaycanla İtaliyanı bir-birinə bağlayan əsas məqam enerji sahəsi olsa da, xüsusilə toxunmaq istərdim ki, münasibətlərin qarşılıqlı etimad üzərində qurulması ikitərəfli əlaqələrimizi dərinləşdirdiyi qədər, həm də baxışlarda fundamental fikir ayrılıqlarını aradan qaldırır. İtaliyanın Baş naziri statusunda 12 ildən sonra Azərbaycana Ciorcia Meloninin səfər etməsi, məhz İrəvandan Bakıya gəlməsi xüsusi əhəmiyyətə malikdir. Bu, ikitərəfli münasibətlərin inkişafı qədər, düşünürəm ki, verilən də müsbət mesajdır. Səfər bir daha ondan xəbər verdi ki, İtaliya-Azərbaycan münasibətləri qarşılıqlı marağa, hörmətə, habelə əlaqələndirilmiş fəaliyyətə əsaslanır”.

Ayşən Vəli

Digər xəbərlər