6 may 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirləri təşkil olunub.
Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, təşkilat sədrinin müavini Şəfayət Nənəcanov, rayon təşkilatının fəalları, gənclər və əməkdaşlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə gül dəstələri düzülüb.
Daha sonra nümayəndə heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib. Mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən zəngin ekspozisiyalar, foto və sənəd materialları ilə yaxından tanışlıq olub. Burada nümayiş etdirilən materiallar Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini, dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm islahatları və beynəlxalq aləmdə qazandığı nüfuzu bir daha əyani şəkildə təqdim edir.
Ziyarət çərçivəsində çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov qeyd edib ki, Heydər Əliyevin siyasi kursu bu gün də uğurla davam etdirilir və Azərbaycan Respublikasının hərtərəfli inkişafı məhz bu möhkəm təməl üzərində qurulub. O vurğulayıb ki, ulu öndərin dövlətçilik fəlsəfəsi, milli maraqlara söykənən siyasəti və xalqına bağlılığı hər bir azərbaycanlı üçün örnəkdir.