06.05.2026-cı il tarixdə Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli ümumi orta ümumtəhsil məktəbinin idman zalında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon sektorunun, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayonu üzrə Təhsil sektorunun və ETİHİ Beyləqan Komtisənin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş məktəbli qızlar arasında Voleybol üzrə rayon turniri keçirildi.
Gərgin və maraqlı mübarizə şəraitində baş tutan final oyununda birinci yeri Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli ümumi orta ümumtəhsil məktəb komandası, ikinci yeri Elbrus Bayramov adına Təbiət və Humanitar fənlər təmayüllü lisey komandası, Humanitar fənlər təmayüllü lisey komandası isə üçüncü yeri tutmuşdur.
Turnirin sonunda qalib komandalara qiymətli hədiyyələr, diplom və medallar təqdim olundu.