Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 4 may 2026-cı il tarixində, İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninlə Bakıda rəsmi görüşü kecirilmişdir. Bu rəsmi görüş Azərbaycan və İtaliya dövlətləri arasında strateji tərəfdaşlığın daha da dərinləşərək, geniş inkişaf etdirilməsi baxımında dünyada mühüm siyasi hadisə kimi qiymətləndirilir. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran bir çox regional və beynəlxalq məsələləri müzakirə edərək, siyasi, iqtisadi, enerji, ticarət, təhsil məsələlərini xüsusilə gündəmə gətirdilər.
Görüş zamanı Azərbaycan və İtaliya dövləti arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun ölkələr arası münasibətlərin daha da inkişafında və dərinləşməsində mühüm rol oynadığı qeyd edilmişdir. Tərəflərin ən önəmli müzakirəsi enerji təhlükəsizliyi sahəsində əldə edilən uğurlar, göstəricilər və gələcək planların həyata keçirilməsi mühüm yer tutur.
Cənab Prezident İlham Əliyev öz çıxışında 2014-cü və 2020 -ci illərdə dövlətlər arasında strateji tərəfdaşlığa dair xüsusi əhəmiyyət kəsb edən bəyannamələrin imzalandığını qeyd etdi. Və Azərbaycan İtaliya dövlətində neft və qaz idxalına görə 2-ci yer tutduğunu və gələcəkdə bu sahələrdə daha da geniş işlərin görülməsi üçün çalışdıqlarını qeyd etdi.
İtaliya-Azərbaycan dövləti arasında xalqımız üçün önəmli yer tutan təhsil sahəsində də mühüm və təqdirəlayiq işlər görülür. 2022-ci ildə ADA Universitetinin nəzdində fəaliyyət göstərir İtaliya-Azərbaycan Universiteti yaradılıb.Bu universitet İtaliyanın ən reytinqli beş universiteti ilə əməkdaşlıq edərək, tələbələrin dünyaya inteqrasiyasına geniş şərait yaratmışdır. Qeyd edim ki, hal hazırda universitetdə təxminən 500 nəfər tələbə ali təhsil alaraq, elmin yüksək pillələrinə doğru addım atırlar.
Görüşdə İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Melonin çıxışı zamanı, İrandakı məlum hadisələr zamanı İtaliya səfirliyini müfəqqəti olaraq Azərbaycanda məskunlaşmasına şərait yaratdıqları üçün ölkəsi adından Prezidentimiz İlham Əliyevə xüsusi təşəkkürünü bildirərək, gələcəkdə iki dövlət arasında daha da sıx münasibətlərin qurulmasını və genişləndirilməsinə əmin olduğunu bildirdi.
Bu görüş Azərbaycan-İtaliya münasibətlərinin çoxşaxəli olduğunu və tərəflərin gələcəkdə beynəlxalq arenada, iki dövlət arasında ölkələrin siyasi, iqtisadi, energetika, təhsil sahələrində əməkdaşlığının daha da dərinləşməsində geniş maraq kəsb etdiyini göstərdi. Eyni zamanda Azərbaycan Avropa- Asiya arasında təməl körpü funksiyasını həyata keçirilməsi öz təsdiqini tapdı.
Mina Kərimova
Bakı Dövlət Universitetinin əməkdaşı