PDF Oxu

Siyasət

  • 598

Şəhid mayor Anar Novruzovun xatirəsinə həsr olunmuş güllə atıcılığı - FOTO

image

2020-ci ilin iyunun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər başlanıb. Döyüşlər zamanı Ordumuzun əsgər və zabitlərinin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən erməni dığaları geri çəkilməyə məcbur olublar.
Təəssüf ki, öz doğma Vətənini qoruyan Azərbaycan ordusu da itki verib. Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1976-ci il təvəllüdlü mayor Anar Gülverdi oğlu Novruzov da tarix yazan qəhrəmanların arasında durur. Vətən, torpaq sevgisi ilə şəhidlik zirvəsinə ucalan Anar masallılar tərəfindən heç vaxt unudulmur, adı həmişə iftixarla, qürurla çəkilir.
Bu günlərdə isə Masallı Gənclər evi SXM-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində şəhid mayor Anar Novruzovun xatirəsinə həsr olunmuş gənclər arasında güllə atıcılığı üzrə Masallı rayon turniri baş tutub.
Turnirin əvvəlində Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra yarışın başlanması bildirilib. Gənc oğlan və qızlar öz bacarıqlarını nümayiş etdirərək yüksək rəqabət şəraitində mübarizə aparıblar.
Turnirin yekununda qalib gəlib I, II və III yerləri tutan gənclər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyini üzvü

Digər xəbərlər