PDF Oxu

Siyasət

  • 1 429

"Bakı və Kiyev yeni layihələri müzakirə edir" - ŞƏRH

image

"Azərbaycan ilə Ukrayna arasında uzun illərdir strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bu münasibətlər qarşılıqlı əməkdaşlıq, suverenlik və ərazi bütövlüyünə dəstək prinsipləri üzərində qurulub".Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.Politoloqun sözlərinə görə, son illərdə regional və beynəlxalq proseslər fonunda iki ölkə arasında əməkdaşlıq daha da genişlənib: "Xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonrakı bərpa və yenidənqurma təcrübəsi, eləcə də Ukraynaya göstərilən humanitar dəstək münasibətlərin inkişafında mühüm rol oynayır.Bu əməkdaşlıq əsasən logistika, tranzit daşımaları, kənd təsərrüfatı, ticarət və yeni texnologiyalar sahələrini əhatə edir. Xüsusilə Qara dəniz marşrutu və Şərq-Qərb nəqliyyat dəhlizləri baxımından Azərbaycan və Ukrayna arasında koordinasiya böyük strateji əhəmiyyət daşıyır.Bu baxımdan, Qəbələ şəhərində keçirilən görüşlər və müzakirələr də mühüm əhəmiyyətə malikdir. Həmin danışıqlarda gələcək iqtisadi əməkdaşlıq, logistika layihələri və tranzit imkanlarının genişləndirilməsi kimi məsələlər əsas müzakirə mövzularından biridir.Eyni zamanda, regionda təhlükəsizlik məsələləri və beynəlxalq vəziyyət fonunda Azərbaycan-Ukrayna dialoqu qarşılıqlı siyasi dəstək baxımından da önəmlidir. Hər iki ölkə suverenlik və ərazi bütövlüyü prinsiplərini dəstəkləyərək beynəlxalq münasibətlərdə əməkdaşlığını davam etdirir.Ümumilikdə, Azərbaycan və Ukrayna arasında münasibətlər praqmatik və strateji xarakter daşıyır. Qarşıdakı dövrdə də bu əməkdaşlığın daha da genişlənəcəyi gözlənilir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər