“Heydər Əliyev Azərbaycan xalqının yaddaşında dərin iz qoymuş böyük dövlət xadimi kimi hər zaman xüsusi ehtiramla anılır. Onun fəaliyyəti xalqımıza xidmət nümunəsi və milli həmrəyliyin rəmzidir”.SİA xəbər verir ki, bu sözləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbirdə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı çıxışı zamanı deyib.O bildirib ki, Azərbaycanın mürəkkəb dövründə xalqın əsas ümid yeri məhz Heydər Əliyev olub və onun hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərqərar olunmasında həlledici rol oynayıb.Günay Ağamalı qeyd edib ki, ulu öndərin fəaliyyətinin mərkəzində daim dövlətçilik prinsipləri və milli maraqlar dayanıb və xalq da ona böyük etimad göstərib.Deputat vurğulayıb ki, bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Heydər Əliyev ideyaları real nəticələrə çevrilir.O əlavə edib ki, İkinci Qarabağ müharibəsində əldə olunan qələbə və Qarabağda aparılan bərpa-quruculuq işləri bu ideyaların praktik təzahürüdür.Günay Ağamalı bildirib ki, yeni nəsil dövlətçiliyə sədaqət və milli maraqların qorunmasını əsas dəyər kimi qəbul etməlidir və Heydər Əliyev yolu Azərbaycanın inkişaf strategiyasının təməlini təşkil edir.
Müəllif: Günel Fərzəliyeva