Bu günlərdə doğma vətənin hər yerində, eləcə də bir sıra xarici ölkələrdə Heydər Əliyev dərin ehtiramla anılır, onun xatirəsinə həsr olunmuş tədbirlər və anım mərasimləri keçirilir.SİA xəbər verir ki, bu sözləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə Azərbaycanın sabiq Təhsil naziri Misir Mərdanov deyib.O bildirib ki, Heydər Əliyev haqqında çoxsaylı kitablar, filmlər və elmi məqalələr yazılsa da, onun həyat və fəaliyyətinin bütün dərinliyi hələ tam şəkildə ictimaiyyətə çatdırılmayıb.Misir Mərdanov qeyd edib ki, onu yaxından tanıyanlar üçün Heydər Əliyev yalnız siyasi lider deyil, həm də yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət idi.O vurğulayıb ki, 1970-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkənin inkişafında mühüm dönüş nöqtəsi olub, həmin dövrdə idarəçilik sistemində ciddi islahatlar aparılıb və milli kadrların hazırlanmasına xüsusi diqqət yetirilib.Misir Mərdanov əlavə edib ki, çətin tarixi şəraitə baxmayaraq, Heydər Əliyevin fəaliyyəti Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmlənməsinə və milli düşüncənin formalaşmasına böyük təsir göstərib.Onun sözlərinə görə, bu gün Heydər Əliyevin siyasi irsi Azərbaycan dövlətinin inkişaf strategiyasında əsas istiqamət kimi davam etdirilir.
Müəllif: Günel Fərzəliyeva