PDF Oxu

Siyasət

  • 702

Yubiley yaşı tamam olmuş partiya veteranı ilə görüş keçirilib - FOTO

image

Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı partiya veteranlarını daim diqqət mərkəzində saxlayır və onlarla mütəmadi görüşlər təşkil edir.

7 may 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatında partiya veteranı Qocayev Hatəm Əli oğlunun 70 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür arzulayıb. Hatəm Qocayevin uzun illər şəhər təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərdiyi xüsusi qeyd olunub.
Partiya veteranı göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin onun üçün böyük qürur olduğunu söyləyib.
Sonda partiya veteranına şəhər təşkilatı tərəfindən fəxri fərman və qiymətli hədiyyə təqdim edilib.

Digər xəbərlər