Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ilə İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında 2026-cı il mayın 4-də Bakıda keçirilmiş görüş zamanı verilən bəyanat Azərbaycan–İtaliya münasibətlərinin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Bu bəyanat iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq əlaqələrinin, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın və ortaq maraqların daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Enerji sahəsində əməkdaşlıq bununla məhdudlaşmır. Bəyanatda qeyd olunduğu kimi, tərəflər bərpa olunan enerji sahəsində də əməkdaşlığı genişləndirmək niyyətindədir. Azərbaycanın günəş və külək enerjisi potensialı, İtaliyanın isə bu sahədə qabaqcıl texnologiyalara malik olması yeni əməkdaşlıq istiqamətləri yaradır. Bu isə həm enerji təhlükəsizliyinin təmin olunmasına, həm də qlobal iqlim çağırışlarına qarşı mübarizəyə töhfə verir.
Humanitar və mədəni əlaqələr də Cənab İlham Əliyevin çıxışında xüsusi yer aldı. Prezident qeyd etdi ki, xalqlar arasında münasibətlərin möhkəmləndirilməsində təhsil, elm və mədəni əməkdaşlıq mühüm rol oynayır. Universitetlərarası əlaqələrin genişləndirilməsi, birgə humanitar layihələrin həyata keçirilməsi və mədəni dialoqun inkişafı Azərbaycan–İtaliya münasibətlərinin sosial-humanitar əsaslarını daha da gücləndirir.
Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə genişlənib. İtaliya uzun müddətdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və ölkəmizin ixracında aparıcı mövqeyə malikdir.
Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, bu səfər Azərbaycan–İtaliya münasibətlərinin gələcək inkişafı üçün yeni imkanlar açır. İmzalanan sənədlər və əldə olunan razılaşmalar iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə zəmin yaradır. Bu isə öz növbəsində regionda sabitliyin və iqtisadi inkişafın təmin olunmasına müsbət təsir göstərir.
Görüş zamanı regional və beynəlxalq məsələlər də müzakirə olundu. Prezident İlham Əliyev Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasının Azərbaycanın əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırdı. O, regionda dayanıqlı sülhün bərqərar olması üçün Azərbaycanın konstruktiv təşəbbüslərlə çıxış etdiyini və bu istiqamətdə səylərini davam etdirdiyini qeyd etdi.Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra sənədlərin imzalanması da iki ölkə arasında əməkdaşlığın hüquqi bazasının daha da möhkəmləndiyini göstərir. Bu sənədlər iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və yeni layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini