Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Giorgia Meloni arasında keçirilən yüksək səviyyəli görüş və onun yekunu olaraq mətbuata verilən birgə bəyanatlar Azərbaycan-İtaliya münasibətlərinin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə nümayiş etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilir.
Bu kontekstdə Azərbaycan ilə İtaliya arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Son illərdə bu əlaqələr dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Əməkdaşlıq təkcə siyasi sahəni deyil, enerji, iqtisadiyyat, hərbi-texniki, mədəniyyət və təhsil istiqamətlərini də əhatə edir.
İtaliya Nazirlər Şurasının Sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.
Liderlər arasında formalaşmış qarşılıqlı etimada əsaslanan dialoq əməkdaşlığın əsas hərəkətverici qüvvəsidir. İtaliya Azərbaycanın Avropadakı ilk strateji tərəfdaşlarından biri kimi çıxış edir və bu fakt həm siyasi bəyanatlar, həm də real layihələrlə təsdiqlənir.
Azərbaycan müxtəlif ölkələrlə qarşılıqlı hörmət və etimad əsasında əlaqələr qurur. Dövlət rəhbərlərinin görüşləri, keçirilən beynəlxalq tədbirlər və imzalanan müqavilələr bu münasibətlərin daha da möhkəmlənməsinə kömək edir. Xarici ölkələrlə olan yaxşı münasibətlər ölkəmizin inkişafına böyük təsir göstərir.
Siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi sahədə də mühüm rol oynayır. Başqa ölkələrlə əməkdaşlıq nəticəsində yeni layihələr həyata keçirilir, ticarət əlaqələri genişlənir və ölkəyə investisiyalar yatırılır. Bu isə insanların rifahının yaxşılaşmasına və ölkənin inkişafına şərait yaradır.
Bu gün Azərbaycanın beynəlxalq təşkilatlarla da əlaqələri uğurla inkişaf edir. Ölkəmiz bir çox mühüm layihələrdə iştirak edir və dünya miqyasında keçirilən tədbirlərdə fəal rol oynayır. Bu da Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.
Azərbaycanın siyasi əlaqələrinin yüksək səviyyədə olması ölkəmizin gücünü və inkişafını göstərir. Bu əlaqələr gələcəkdə daha da genişlənəcək və Azərbaycanın dünya dövlətləri arasında mövqeyi daha da möhkəmlənəcəkdir.
Gülnaz Rüstəmova
YAP Babək rayon təşkilatının əməkdaşı