PDF Oxu

Siyasət

  • 403

Azərbaycan ilə İtaliya arasında iqtisadi əlaqələr ildən-ilə daha da möhkəmlənir - ŞƏRH

image

Azərbaycan ilə İtaliya arasında münasibətlər uzun illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək siyasi, iqtisadi, humanitar və enerji sahələrində mühüm əməkdaşlıq modelinə çevrilib. Bu gün İtaliya Azərbaycanın Avropadakı ən əsas tərəfdaşlarından biri hesab olunur və iki ölkə arasında əlaqələr davamlı şəkildə inkişaf edir.

Azərbaycan ilə İtaliya arasında iqtisadi əlaqələr ildən-ilə daha da möhkəmlənir və əməkdaşlıq müxtəlif istiqamətlər üzrə genişlənir. Bu tərəfdaşlıqda əsas yeri enerji sektoru tutur. İtaliya uzun müddətdir ki, Azərbaycanın xam neft və neft məhsullarının ixracında əsas ticarət tərəfdaşlarından biri kimi çıxış edir. Eyni zamanda, qlobal əhəmiyyətə malik “Cənub Qaz Dəhlizi” layihəsinin Avropadakı son nöqtəsinin məhz İtaliya olması iki ölkə arasında strateji enerji əməkdaşlığının mühüm göstəricisi hesab olunur. Bu layihə yalnız iqtisadi baxımdan deyil, həm də Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Ilham Aliyevin də vurğuladığı kimi, Azərbaycan ilə İtaliya arasında münasibətlər qarşılıqlı etimada, dostluğa və uzunmüddətli tərəfdaşlığa əsaslanır. Xüsusilə son illərdə İtaliya şirkətləri Azərbaycanda həyata keçirilən iri layihələrdə fəal iştirak edərək ölkənin iqtisadi inkişafına mühüm töhfələr veriblər. Enerji, tikinti, sənaye, infrastruktur, kənd təsərrüfatı və texnologiya sahələrində fəaliyyət göstərən İtaliya şirkətləri müasir təcrübə və innovativ yanaşmalar tətbiq etməklə Azərbaycanın modernləşmə prosesində yaxından iştirak edirlər.
Bununla yanaşı, Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Mədəni və humanitar əlaqələr də iki ölkə münasibətlərində mühüm yer tutur. Müxtəlif biznes forumları, sərgilər, iqtisadi missiyalar və qarşılıqlı tədbirlər sahibkarlar arasında əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradır. Azərbaycanda fəaliyyət göstərən İtaliya şirkətləri yerli kadrların hazırlanmasına, yeni texnologiyaların tətbiqinə və peşəkar təcrübənin paylaşılmasına da ciddi töhfə verirlər.
Son illərdə Azərbaycan məhsullarının İtaliya bazarına çıxış imkanlarının genişlənməsi də diqqət çəkən məqamlardandır. Bu, ölkəmizin ixrac potensialının artırılması və qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, biznes və ticarət əlaqələri ilə yanaşı, təhsil sahəsində əməkdaşlıq da xüsusi önəm qazanıb. Azərbaycan ilə İtaliya arasında münasibətlərin yeni istiqamətlərindən biri kimi İtaliya-Azərbaycan Universitetinin yaradılması xüsusi diqqət çəkir.
Bəyanat zamanı xüsusi vurğulanan məsələlərdən biri də məhz bu universitetin fəaliyyəti ilə bağlı olub. Giorgia Meloni bildirib ki, Azərbaycan Diplomatik Akademiyasının nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti İtaliyanın beş nüfuzlu universitetinin əməkdaşlığı əsasında yaradılıb. Onun sözlərinə görə, bu təşəbbüs iki xalq arasında təhsil, elm və mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Həmçinin qeyd olunub ki, mədəniyyət və ərzaq təhlükəsizliyi sahələrində əldə olunan razılaşmalar
Azərbaycan ilə İtaliya arasında ortaq məqsədlərin və strateji əməkdaşlığın göstəricisidir.
Azərbaycan ilə İtaliya arasında münasibətlər yalnız bugünkü maraqlara deyil, gələcəyə hesablanmış güclü tərəfdaşlığa əsaslanır. İqtisadi, enerji, humanitar və təhsil sahələrində əldə olunan uğurlar iki ölkə arasındakı əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini göstərir.

İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər