PDF Oxu

Siyasət

  • 1 062

Göygöldə məktəblərarası mini futbol turniri keçirilib - FOTOLAR

image

Göygöldə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş silsilə tədbirlər sırasında məktəblərarası mini futbol turniri keçirilib.

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı, Göygöl Rayon İcra Hakimiyyəti və Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində məktəblərarası mini futbol turniri keçirilib.
Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyətinin və Gənclər və idman sektorunun əməkdaşları iştirak edib. Göygöl Olimpiya İdman Kompleksində keçirilən turnirdə rayon məktəblilərindən ibarət olan 16 komanda yarışıb.
Yarışmanın nəticələrinə görə Balçılı kənd 1 nömrəli tam orta məktəbinin komandası I yerə, Göygöl şəhər 3 nömrəli tam orta məktəbin komandası II yerə, Üçtəpə kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, Göygöldə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir.

Digər xəbərlər