Göygöldə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş məktəblilərarası inşa yazı müsabiqəsinin, rəsm müsabiqəsinin, bilik yarışmasının və mini futbol turnirinin qaliblərinin təltif edilməsi tədbiri keçirilib.
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı, Göygöl Rayon İcra Hakimiyyəti, Təhsil sektoru, Gənclər və idman sektoru və Gənclər Evinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində “Ömrünü xalqına həsr edən dahi” adlı məktəblilərarası inşa müsabiqəsi, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” adlı məktəblilərarası rəsm müsabiqəsi, “Mən fəxr edirəm ki Azərbaycanlıyam” adlı bilik yarışması və “Yeni qələbələrə doğru” adlı məktəblərarası mini futbol turniri keçirilib.
İnşa müsabiqəsində Göygöl şəhər 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Rəhimli Nuray Akif qızı I yerə, Göygöl şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Şamilova Nigar Anar qızı II yerə, Göygöl şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Orucova Fatimə Rafiq qızı III yerə, Topalhəsənli kənd tam orta mıktəbin XI sinif şagirdi Abdıyeva Aynurə Sahil qızı IV həvəsləndirici yerə layiq görülüb.
Rəsm müsabiqəsində Balçılı kənd 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Abbaslı Səkinə Samir qızı I yerə, Qırıqlı kənd tam orta məktəbin IX sinif şagirdi Ələsgərli Fatimə Muaməddin qızı II yerə, Üçtəpə kənd tam orta məktəbin IX sinif şagirdi Verdiyeva Zeynəb Namil qızı III yerə, Aşıqlı kənd tam orta mıktəbin VIII sinif şagirdi Zeteşvili Dəniz İlyas qızı IV həvəsləndirici yerə, Qızılca kənd 2 saylı tam orta məktəbin VIII sinif şagirdi Aslanova Ofeliya Tahir qızı IV həvəsləndirici yerə layiq görülüb.
Bilik yarışmasında Göygöl şəhər 2 nömrəli tam orta məktəbinin komandası I yerə, Göygöl şəhər TTFT Liseyin komandası II yerə, Pənahlılar kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Mini futbol turnirində Balçılı kənd 1 nömrəli tam orta məktəbinin komandası I yerə, Göygöl şəhər 3 nömrəli tam orta məktəbin komandası II yerə, Üçtəpə kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Yarışlarda və müsabiqələrdə qalib olan komandalara və iştirakşılara Diplomlar və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Göygöldə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə ilə bağlı silsilə tədbirlər davam edir.