PDF Oxu

Siyasət

  • 1 001

“Heydər Əliyev və müasir Azərbaycan” adlı tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatında davam etdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərib. O qeyd edib ki, Ulu Öndərin uzaq görən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olunub, milli birlik daha da güclənib və Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb. Çıxışda vurğulanıb ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda əldə edilən nəhəng uğurlar və möhtəşəm nailiyyətlər Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf strategiyasının təntənəsidir.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Rüstəmov, Statistika idarəsinin rəisi Novruz Kətənov, Yeni Kərki kənd ərazi partiya təşkilatının sədri Vəfa Məmmədova çıxış ediblər. Çıxış edənlər qeyd ediblər ki, Heydər Əliyev xalqın milli-mənəvi dəyərlərinin qorunmasına və Azərbaycançılıq ideologiyasının inkişafına daim xüsusi diqqət yetirib. Ümummilli Liderin həyata keçirdiyi uğurlu siyasət ölkədə sabitliyin, inkişafın və tərəqqinin əsasını təşkil edib. Çıxışlar zamanı Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsində Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, Ulu Öndər öz müdrikliyi, zəngin dövlətçilik təcrübəsi və misilsiz liderlik keyfiyyətləri ilə Azərbaycanın müstəqilliyinin dönməzliyi və əbədiliyini təmin edib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər, ölkəmizin siyasi və iqtisadi gücünün artması regionda lider dövlətə çevrilməsi Ulu Öndərin siyasi kursunun uğurlu davamının bariz nümunəsidir.
Tədbirdə ictimai-siyasi fəallığı ilə seçilən bir qrup partiya fəallarına fəxri fərman və hədiyyələr, Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər