2026-cı il mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı Avropa məkanında siyasi dialoqun mühüm platforması kimi diqqət çəkdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edərək regional və qlobal gündəliklə bağlı əhəmiyyətli mesajlar verdi. “Avropa Siyasi Birliyi” platforması Avropa qitəsində təhlükəsizlik, əməkdaşlıq və siyasi dialoqun genişləndirilməsi məqsədi ilə yaradılmış mühüm mexanizmdir. İrəvanda keçirilən bu toplantı müxtəlif ölkələrin liderlərini bir araya gətirərək regiondakı proseslərin müzakirəsi üçün geniş imkan yaratdı.
Prezident İlham Əliyevin videobağlantı vasitəsilə iştirak etməsi Azərbaycanın bu platformaya verdiyi önəmi bir daha nümayiş etdirdi. Dövlət başçısı çıxışının əvvəlində tədbirə dəvətə görə təşəkkürünü bildirərək Azərbaycanın konstruktiv dialoqa sadiqliyini vurğuladı. Prezident cənab İlham Əliyevin çıxışının əsas istiqamətlərindən biri Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh prosesinin cari vəziyyəti oldu. Dövlət başçısı cənab İlham Əliyevionda real əməkdaşlıq addımlarının atıldığını qeyd edərək son dövrlərdə əldə olunan nəticələrə diqqət çəkdi. Azərbaycan tərəfi humanitar və iqtisadi jestlərlə sülh gündəliyinə töhfə verir, o cümlədən enerji və ticarət əlaqələrinin bərpası istiqamətində addımlar atır. Prezident İlham Əliyev çıxışında bəzi Avropa institutlarının yanaşmalarını da tənqid edərək onların regiondakı sülh prosesinə bəzən qeyri-konstruktiv təsir göstərdiyini vurğuladı. Xüsusilə, Avropa Parlamenti və digər qurumların qəbul etdiyi bəzi sənədlərin real vəziyyətlə uyğunlaşmadığını qeyd etdi.
Cənab Prezident bildirdi ki, regionda əldə olunan praktik nəticələr ilə bəzi siyasi dairələrin ritorikası arasında ziddiyyət mövcuddur və bu, ümumi sülh prosesinə mənfi təsir göstərə bilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığının genişləndirilməsinə hazır olduğunu vurğuladı. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və iqtisadi əlaqələr sahəsində Azərbaycanın oynadığı rol xüsusi qeyd olundu. Bu kontekstdə “Avropa Siyasi Birliyi” platformasının qarşılıqlı etimadın gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğu bildirildi. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regionda sülh və sabitlik təşəbbüslərinin davamlı xarakter daşıdığını, eyni zamanda Avropa ilə münasibətlərdə praqmatik və balanslaşdırılmış siyasət yürüdüldüyünü bir daha nümayiş etdirdi. İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin videobağlantı formatında çıxışı Azərbaycan diplomatiyasının əsas prioritetlərini sülh, əməkdaşlıq və ədalətli yanaşma prinsiplərini açıq şəkildə ortaya qoydu. Cənab Prezidentin bu çıxışı həm regional, həm də Avropa miqyasında siyasi proseslərə təsir edən mühüm mesajlarla yadda qaldı.
Səyyad Mirzəyev,
YAP Ağdam rayon təşkilatının əməkdaşı