YAP Sabunçu rayon təşkilatı və Bakıxanov qəsəbəsi, “Ramiz Qəmbərov küçəsi 2” (ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kolleci) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Qəlblərdə əbədiləşən lider” mövzusunda tədbir keçirilib.
Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin xatirə lövhəsinin önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Liderin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbiri giriş nitqi ilə açan kollecin direktoru, dosent Ata Babayev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşdırılması və möhkəmləndirilməsi, ölkəmizin sosial-iqtisadi inkişafı, eləcə də gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində misilsiz xidmətlər həyata keçirib.
Çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışıb. O bildirib ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik təmin olunub, dövlət quruculuğu prosesi sürətləndirilib və Azərbaycanın gələcək inkişafının möhkəm təməli qoyulub.
Digər çıxış edənlər – ADİU-nun nəzdində Bakı Dövlət Sosial-İqtisad Kollecinin direktoru Mübariz Hacıbəyov, Aprel döyüşləri və Vətən Müharibəsi qazisi polkovnik Eldəniz Sadıqov Ümummilli Liderin zəngin dövlətçilik irsindən, Onun milli dövlət quruculuğundakı əvəzsiz xidmətlərindən və bu siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər.