PDF Oxu

Siyasət

  • 714

Ağstafada qol güləşi idman növü üzrə rayon turniri təşkil olunub - FOTO

image

08 may 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə qol güləşi idman növü üzrə rayon turniri təşkil olunub.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, rayon təşkilatının, Ağstafa rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa rayonu üzrə gənclər və idman sektorunun müdiri Turan Hüseynov çıxış edərək Ulu Öndərin idmana göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Bildirilib ki, cənab Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir və ölkəmizdə idmana marağı artan gənclərin sayı günü-gündən artmaqdadır.

İştirakçılara uğurlar arzulanaraq turnirə start verilib.

Daha sonra turnirin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Turnirin qalibi olmuş idmançılar YAP Ağstafa rayon təşkilatının, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplom və medalları təltif olunublar.

Sonda isə xatirə şəkli çəkdirilib.

Digər xəbərlər