PDF Oxu

Siyasət

  • 366

"Xalqa bağışlanan ömür" - FOTO

image

Tərtərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş "Xalqa bağışlanan ömür" adlı tədbir keçirilib.
Tədbir YAP Tərtər rayon Təşkilatının, Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Tərtər Gənclər Mərkəzində keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirin başlanğıcında Ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Tərtər rayon Təşkilatının əməkdaşı Əli Paşayev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai - siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev, Tərtər Peşə Məktəbin əməkdaşları Altunə Bagramova və Aynur Əliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, xalqımız və dövləçiliyimiz üçün gördüyü böyük işlər barədə iştirakçılara geniş məlumat veriblər.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən "Xalqa bağışlanan ömür" adlı film nümayiş etdirilibdir.

Digər xəbərlər