PDF Oxu

Siyasət

  • 1 275

"Faşizm üzərində qələbə bəşəriyyət üçün mühüm dönüş nöqtəsi idi" - TARİXÇİ DANIŞDI

image

"Müstəqillik dövründən sonra İkinci Dünya müharibəsi ilə bağlı Qələbə Gününün əvvəlki dövrlərlə müqayisədə ictimai və media sahəsindəki təsiri müəyyən qədər azalsa da, bu tarixin əhəmiyyəti dəyişməz olaraq qalır. Çünki bu gün faşizm üzərində qələbənin əldə olunduğu və müharibənin başa çatdığı tarixi simvolizə edir".Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.O bildirib ki, həmin dövrdə Azərbaycan xalqı da istər-istəməz bu müharibənin iştirakçısına çevrilmişdi: "Minlərlə azərbaycanlı cəbhəyə yollanmış, böyük qəhrəmanlıqlar göstərmiş, şəhid olmuş, yaralanmış və ya əlil qalmışdı. Bu baxımdan Azərbaycan xalqının İkinci Dünya müharibəsində iştirakı böyük bir qəhrəmanlıq salnaməsi yaradıb.O dövrdə Azərbaycan nefti də müharibənin taleyində mühüm rol oynayırdı. Buna görə də Bakı və ölkəmizin digər bölgələri böyük təhlükə altında idi. Əgər faşizm üzərində qələbə qazanılmasaydı, Azərbaycanın da ciddi təhlükələrlə üzləşməsi qaçılmaz olardı.Eyni zamanda Azərbaycan xalqı yalnız canlı qüvvə ilə deyil, maddi və mənəvi dəstəyi ilə də müharibəyə töhfə vermişdi. İnsanlar cəbhə üçün öz imkanlarını səfərbər edir, evlərində olan qiymətli əşyaları, hətta ailə yadigarlarını belə yardım fondlarına təqdim edirdilər.Bu tarix həm də gənc nəsil üçün mühüm bir örnək və təcrübə məktəbidir. Gənclər öz babalarının göstərdiyi qəhrəmanlıqları bilməli, tariximizi öyrənməli və onu yaşatmalıdırlar. Çünki xalqın keçdiyi yol və göstərdiyi fədakarlıqlar milli yaddaşın vacib hissəsidir.Bu baxımdan Qələbə Gününün təbliği, həmin dövrün qəhrəmanlıq tarixinin yaşadılması və gələcək nəsillərə çatdırılması olduqca vacib və əhəmiyyətlidir".
Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər