Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı sayəsində Lənkəran şəhər Mədəniyyət Mərkəzində baş tutan növbəti tədbir “Xalqa bağışlanan ömür” adlanırdı.
Lənkəran ŞİH başçısı Taleh Qaraşovun, hüquq-mühafizə orqanlarının rəhbərlərin, yerli idarə və müəssisələrin, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri təbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən naminə canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı və Dövlət Himni səsləndi.
Dahi şəxsiyyət, milyonların ürəyində yaşayan, bütün Türk xalqlarının böyük oğlu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı hazırlanan video-çarxın nümayişindən sonra Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat verən icra başçısı Taleh Qaraşov bildirdi ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir . O, ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlardan uğurla çıxarmış, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
Ulu Öndərin ölkənin siyasi, iqtisadi, diplomatik, hərbi, sosial, ictimai, hüquqi, mədəni və s. həyatındakı misilsiz, əvəzolunmaz fəaliyyətinə toxunan natiq vurğuladı ki, məhz onun müəyyən etdiyi milli inkişaf strategiyasının Azərbaycanın daxildə və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə səbəb oldu. Eləcə formalaşdırdığı azərbaycançılıq ideologiyası milli birliyin əsas sütunu olmaqla, bu ideologiya xalqın tarixi yaddaşının bərpasına, milli-mənəvi dəyərlərin qorunmasına və dünya azərbaycanlılarının həmrəyliyinə xidmət edir.
Taleh Qaraşov çıxışının davamında deydi:- Ulu öndərin müəyyən etdiyi dövlətçilik ideyaları bu gün layiqincə davam etdirilir. Onun ən sadiq və qətiyyətli davamçısı isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Cənab İlham Əliyevin dünya səviyyəli siyasətçinin ideyalarına əsaslanaraq ölkəmizi yeni inkişaf mərhələsinə yüksəldib. Rəhbərliyi altında Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə böyük nailiyyətlər qazanmışdır . Ölkəmizdə sabitlik qorunmuş, güclü iqtisadiyyat yaranmış, xarici dövlətlərlə beynəlxalq əlaqələr genişlənmişdir. Xüsusilə dövlətimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində əldə olunan uğurlar hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir.
Digər natiqlər- Lənkəran rayon YAP sədri İqbal Əmənullayev, Lənkəran ŞİH yanında İctimai Şuranın sədri Əlimərdan Əliyev, LDU-nin aparıcı mütəxəssisi İlqar İsazadə, gənc sahibkar Lənkəran konserv zavodunun direktoru Nurlan Əliyev öz çıxışlarında bildirdilər ki, Heydər Əliyevin həyat yolu xalqa sədaqətin, dövlətçiliyə xidmətin və milli maraqların qorunmasının parlaq nümunəsidir. Xalqımız yeni əsrə və yeni minilliyə Heydər Əliyev zəkasının parlaq işığında qədəm qoyub. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyən etməklə qısa zaman daxilində ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olub, sahibkarlığa, sərbəst rəqabətə yol açan və liberallığı özündə ehtiva edən sosialyönümlü iqtisadiyyat modelinin əsasını qoyulub. Ən əsası isə xalqı öz ideyaları ilə xoş gələcəyə aparan “dünənin, bu günün və sabahın partiyası”nı yartdı.
Rəsmi çıxışlardan sonra meydan könülaçan nəğmələrə verildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü