PDF Oxu

Siyasət

  • 593

“Regionlarda gənclər arasında incəsənətin təbliği” - FOTO

image

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda gənclər arasında incəsənətin təbliği” layihəsinə start verilib. Layihə 2026-ci il mayın 1-dən etibarən icra olunmağa başlayıb və 3 ay müddətində davam edəcək.

Təşkilatın sədri Turanə Orucova bildirib ki, layihənin əsas məqsədi regionlarda yaşayan gənclərin incəsənətə marağının artırılması, yaradıcı şəxslərin üzə çıxarılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda milli-mədəni dəyərlərimizin gənc nəslə aşılanmasıdır.

Layihə çərçivəsində müxtəlif regionlarda görüşlərin, maarifləndirici seminarların, yaradıcılıq proqramlarının təşkili nəzərdə tutulur. Məqsəd gənclərin incəsənət sahəsində peşəkar istiqamətləndirilməsinə də dəstək göstərməkdir.

Sədrin sözlərinə görə, son illərdə ölkəmizdə mədəniyyət və incəsənətin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Xüsusilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında mədəniyyətin qorunması, milli irsin təbliği, yaradıcı sənayenin inkişafı və gənclərin bu sahəyə cəlb olunması mühüm istiqamətlər kimi müəyyənləşdirilib. Bu istiqamətdə ölkə Prezidenti İlham Əliyev tərəfindən mədəniyyət və incəsənətin inkişafına dair mühüm fərman və sərəncamlar imzalanıb, yaradıcı insanların fəaliyyətinə xüsusi diqqət və dəstək göstərilib.

“İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən layihə də məhz bu dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır. Layihə çərçivəsində regionlarda yaşayan yaradıcı gənclərin bir araya gətirilməsi, onların potensial imkanlarının üzə çıxarılması və gələcək fəaliyyətlərinə dəstək göstərilməsi əsas hədəflərdəndir.

Turanə Orucova qeyd edib ki, layihənin növbəti mərhələlərində regionlardan seçilən yaradıcı gənclərin iştirakı ilə genişmiqyaslı festivalın keçirilməsi də planlaşdırılır. Gələcəkdə isə Qarabağ bölgəsində mədəniyyət və incəsənət festivalının təşkil olunması nəzərdə tutulur. Bu təşəbbüs həm gənclərin yaradıcılıq imkanlarının inkişafına, həm də Azərbaycanın zəngin mədəni irsinin daha geniş şəkildə təbliğinə xidmət edəcək.

Layihənin icrası müddətində əldə olunan nəticələrin ölkənin müxtəlif bölgələrində yaşayan gənclərin incəsənətə marağının artmasına, yeni istedadların aşkara çıxmasına və mədəni mühitin daha da zənginləşməsinə mühüm töhfə verəcəyi gözlənilir

Digər xəbərlər