“Bu böyük iclas Azərbaycan dövlətinin qurucusu olan ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini bir daha xatırlamaq imkanı yaradır”.SİA xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova plenar iclasda çıxışı zamanı deyib.Milli Məclisin sədri bildirib ki, Heydər Əliyevin həyat yolu doğma Vətənə və xalqa sonsuz sədaqətin parlaq nümunəsidir. Onun sözlərinə görə, 1969–1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikanın iqtisadi, elmi, təhsil və mədəni potensialı əhəmiyyətli dərəcədə gücləndirilib.Sahibə Qafarova qeyd edib ki, 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan ciddi siyasi və iqtisadi böhranla üzləşmişdi. “Belə mürəkkəb bir şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitliyi təmin etdi, dövlətçiliyin əsaslarını möhkəmləndirdi”, – deyə o vurğulayıb.Milli Məclisin sədri xatırladıb ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, iqtisadi inkişafına və gələcək uğurlarına geniş imkanlar yaradıb.Sahibə Qafarova bildirib ki, bu gün Azərbaycanın qazandığı bütün uğurların təməlində ulu öndərin müəyyən etdiyi siyasi kurs dayanır. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən bu siyasi kurs uğurla davam etdirilir və Azərbaycan daha güclü, qüdrətli dövlət kimi inkişaf edir.Milli Məclisin sədri vurğulayıb ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi yaşayır və gələcək nəsillər də bu zəngin siyasi irsdən faydalanacaqlar.
Müəllif: Günel Fərzəliyeva