PDF Oxu

Siyasət

  • 1 000

Ölkənin valyuta ehtiyatları 88 milyard dolları ötür - Vüqar Bayramov

image

"Azərbaycan tarixi günlərini yaşayır. Prezident İlham Əliyev sosial şəbəkə hesabında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, qürur duyardı”.SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov plenar iclasda çıxışı zamanı deyib.Deputat bildirib ki, Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə Prezident İlham Əliyevin Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlərlə görüşü xüsusi rəmzi məna daşıyır: “Uzun illərdən sonra vətəndaşlarımız öz ata-baba yurdlarına qayıdırlar”.Vüqar Bayramov qeyd edib ki, Azərbaycan hazırda regionda geosiyasi mövqeyini daha da gücləndirən və “orta güc”ə çevrilən dövlətdir. Onun sözlərinə görə, Azərbaycan postsovet məkanında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk ölkədir.Deputat vurğulayıb ki, ölkənin valyuta ehtiyatları 88 milyard dolları ötür, xarici borcun ÜDM-də payı isə 6,5 faiz təşkil edir. O bildirib ki, təxminən 76 milyard dollarlıq ümumi daxili məhsulla Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib.Vüqar Bayramovun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin bərpasına dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayrılıb, artıq 85 minə yaxın vətəndaş həmin ərazilərdə yaşayır, çalışır və təhsil alır.Deputat qeyd edib ki, son dörd ildə Azərbaycan Avropaya 57 milyard kubmetrdən çox təbii qaz ixrac edərək 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verib.O əlavə edib ki, son 30 ildə ölkə iqtisadiyyatına 300 milyard dollardan çox xarici sərmayə cəlb olunub, yalnız son altı ildə isə 3 milyondan çox vətəndaşı əhatə edən beş sosial paket həyata keçirilib.Vüqar Bayramov vurğulayıb ki, bugünkü Azərbaycan təkcə regional deyil, qlobal məsələlərdə də söz sahibi olan güclü dövlətdir: “Ən əsası isə bu günkü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin qurduğu dövlətin uğurlu davamıdır”.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər