PDF Oxu

Siyasət

  • 1 145

“Prezident İlham Əliyevin Zəngilandakı çıxışı köhnə diplomatiya sisteminə verilmiş siyasi mesajdır” - Tural Gəncəliyev

image

“Prezident İlham Əliyevin Zəngilanda etdiyi çıxış sadəcə bir nitq deyil, köhnə beynəlxalq diplomatiya sisteminə verilmiş siyasi hökm idi. Ulu Öndər Heydər Əliyevin doğum günündə xalqa müraciət edən dövlət başçısı açıq şəkildə göstərdi ki, Azərbaycan artıq öz təhlükəsizliyinin və regional gələcəyinin şərtlərini özü müəyyən edir”.SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tural Gəncəliyev bugünkü plenar iclasda çıxışı zamanı deyib.Deputat bildirib ki, təxminən 30 il ərzində fəaliyyət göstərmiş ATƏT-in Minsk qrupu diplomatik uğursuzluğun simvoluna çevrilmişdi: “Bu strukturun məqsədi münaqişəni həll etmək deyil, status-kvonu qorumaq və işğalı legitimləşdirmək idi”.Tural Gəncəliyev qeyd edib ki, Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya böyük güclərə malik olmalarına baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını təmin etmədilər.O vurğulayıb ki, Azərbaycan 2020-ci ildə öz siyasi iradəsi və hərbi gücü hesabına beynəlxalq hüququn tələblərini yerinə yetirərək tarixi ədaləti bərpa etdi.Deputatın sözlərinə görə, bu gün Zəngilan xarabalıqlardan beynəlxalq geoiqtisadi qovşağa çevrilir və burada formalaşan yeni inkişaf modeli regionun gələcəyini müəyyənləşdirir.Tural Gəncəliyev bildirib ki, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi həm ölkə, həm də region üçün strateji əhəmiyyət daşıyır və Orta Dəhlizin mühüm hissəsinə çevriləcək.Deputat əlavə edib ki, Azərbaycan sülhə və əməkdaşlığa hazırdır, lakin Ermənistanda revanşist meyillər davam etdiyi müddətdə ölkə öz təhlükəsizliyi məsələsində qətiyyətli mövqeyini qoruyacaq.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər