“Bundan sonrakı dövrdə Azərbaycanda dövlət quruculuğu və gənclər siyasətinə xüsusi önəm verilməsi ölkənin inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrildi”.SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Şahin İsmayılov plenar iclasda çıxışı zamanı deyib.Deputat bildirib ki, Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti gənclərin vətənpərvər, savadlı və milli dəyərlərə sadiq şəkildə formalaşmasına xidmət edib.Şahin İsmayılov qeyd edib ki, 1994-cü il 22 iyul tarixindən etibarən gənclərlə bağlı dövlət siyasətində yeni mərhələ başlanıb və bu proses sonrakı illərdə daha da genişlənib.O vurğulayıb ki, Azərbaycan gənclərinin dövlət idarəçiliyində, təhsil və ictimai həyatda fəallığı sistemli şəkildə artırılıb.Deputat əlavə edib ki, ölkədə həyata keçirilən gənclər siyasəti və sosial-iqtisadi inkişaf proqramları gənclərin potensialının reallaşdırılmasına xidmət edir.Şahin İsmayılov bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncləri yüksək vətənpərvərlik nümayiş etdirərək torpaqların azad olunmasında mühüm rol oynayıb.O qeyd edib ki, bu nəticələr illər ərzində formalaşdırılan düzgün dövlət və gənclər siyasətinin real göstəricisidir.
Müəllif: Günel Fərzəliyeva