PDF Oxu

Siyasət

  • 1 151

“Regionda yeni reallıqlar əməkdaşlıq və sabitlik üçün imkanlar yaradır” - Zahid Oruc

image

İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionda güclü siyasi və hərbi mövqeyə sahib dövlətə çevrildiyi bildirilib. Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyünün bərpası yeni regional reallıqlar formalaşdırıb.SİA xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc plenar iclasda çıxışı zamanı deyib.Deputat bildirib ki, İkinci Qarabağ Müharibəsindən sonra regionda həm Azərbaycanda, həm də Ermənistanda fərqli siyasi yanaşmalar ortaya çıxıb və Ermənistan cəmiyyətində uzun illər davam edən siyasətin nəticələri ilə bağlı yeni fikirlər formalaşır.Zahid Oruc qeyd edib ki, Azərbaycan dəfələrlə regionda davamlı sülh və əməkdaşlığın əsas prioritet olduğunu bəyan edib: “Qarabağ məsələsinin Azərbaycanın suverenliyi çərçivəsində həll olunması yeni iqtisadi və siyasi imkanlar yaradıb”.O vurğulayıb ki, bəzi xarici dairələrin gərginlik yaratmaq cəhdlərinə baxmayaraq, region cəmiyyətlərində sabitlik və inkişaf meylləri güclənir.Deputat əlavə edib ki, Azərbaycanın uğurları yalnız hərbi sahədə deyil, diplomatik və iqtisadi istiqamətlərdə də özünü göstərir və yeni nəqliyyat və əməkdaşlıq layihələri Cənubi Qafqazda sabitliyin əsasını formalaşdırır.Zahid Oruc bildirib ki, əsas məqsəd qarşıdurma deyil, əməkdaşlıq və inkişafdır və bu yanaşma beynəlxalq hüquq və dövlət suverenliyi prinsiplərinə əsaslanır.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər