PDF Oxu

Siyasət

  • 567

Slovakiya parlamentinin sədri Bakıya gəlir - PAYLAŞIM

image

Slovakiya parlamentinin sədri Rixard Raşi işgüzar səfərlə Azərbaycana yola düşüb. Bu barədə Raşi "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb. "Bu gün mən Azərbaycana yollanıram. Məni strateji tərəfdaşlığa, Slovakiya şirkətlərinin dəstəklənməsinə, eləcə də Slovakiya üçün yeni imkanlara dair danışıqlar gözləyir. Məni izləyin - yaxın günlərdə pərdəarxası məqamları göstərəcəyəm və birbaşa Bakıdan mühüm danışıqlar barədə məlumat verəcəyəm", - o yazıb.

Mətləb