Slovakiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov IDEB (International Defence Exhibition Bratislava) Beynəlxalq Müdafiə və təhlükəsizlik konfransında və sərgisində iştirak edib.Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, sərgidə təqdim olunan müdafiə sənayesi məhsulları ilə tanışlıqdan sonra "Robot tərəfindən təkmilləşdirilmiş partlayıcı qurğunun zərərsizləşdirilməsi" və "Patron FPV" PUA-sı vasitəsilə təkərli və tırtıllı texnikaya hücumun nümayişləri izlənilib.Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Çex Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Yaromir Zuna ilə görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.