PDF Oxu

Siyasət

  • 1 371

“Forumun Bakıda keçirilməsi Azərbaycanı dayanıqlı inkişaf prinsiplərinə sadiq bir dövlət kimi xarakterizə edir” - ŞƏRH

image

“Prezident İlham Əliyev ötən gün Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı hazırlıq işləri ilə tanış oldu. Bu əhəmiyyətli tədbirə məhz Azərbaycanın ev sahibliyi etməsi, ölkəmizin beynəlxalq nüfuzunun və qlobal təşəbbüslərdə artan rolunun növbəti göstəricisidir. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu mötəbər tədbirin Bakıda keçirilməsi ölkəmizin şəhərsalma, dayanıqlı inkişaf və müasir infrastruktur sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.Onun sözlərinə görə, son illərdə Azərbaycanda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, xüsusilə işğaldan azad olunmuş ərazilərdə müasir şəhərsalma modelinin qurulması dünya üçün nümunəvi yanaşma kimi diqqət çəkir:“Prezident İlham Əliyevin forumla bağlı hazırlıq prosesini şəxsən izləməsi dövlətin bu tədbirə verdiyi xüsusi önəmi və Azərbaycanın qlobal platformalarda uğurlu təşkilatçılıq imkanlarını bir daha nümayiş etdirir. WUF13 kimi nüfuzlu beynəlxalq forumun Bakıda keçirilməsi Azərbaycanı bir daha beynəlxalq əməkdaşlığa açıq, innovativ və dayanıqlı inkişaf prinsiplərinə sadiq bir dövlət kimi xarakterizə edir. Bu tədbir həm də ölkəmizin urbanizasiya, ekoloji təhlükəsizlik və rahat yaşayış mühitinin formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır”.

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər