PDF Oxu

Siyasət

  • 558

Tramp Çin vasitəsi ilə Tehrana təzyiq etmək istəyir - FOTO

image

Çin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, ABŞ Prezidenti Donald Trampın 13-15 may tarixlərində Çinə səfəri başlayır. Məlumatda vurğulanır ki, Trampın dövlət səfəri Prezident Si Cinpinin dəvəti ilə reallaşır.

KİV-lərə verilən məlumatlara görə, Çin-ABŞ əməkdaşlığı, xüsusən də ticarət sahəsində müzakirələr iki prezident arasında görüşün əsas mövzularından biri olacaq. Tramp İranla müharibəyə son qoymaq və razılaşma əldə etmək üçün Pekinə təzyiq göstərmək istəyir. Bu müharibə ABŞ prezidentinə və qlobal iqtisadiyyata təzyiq göstərib.

Qeyd edə ki, Trampın Si Cinpinlə görüşü martın sonu və aprelin əvvəlinə planlaşdırılırdı, lakin İranda ABŞ-İsrail müharibəsi səbəbindən təxirə salınıb.

Tramp sonuncu dəfə 2017-ci ildə Çinə rəsmi səfər edib.

İlham

Digər xəbərlər