Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, 13 may tarixində Ukrayna qüvvələri Yaroslavldakı Yaroslavl Neft Emalı Zavodundakı ilkin neft emalı qurğularına, eləcə də Rusiyanın Həştərxan vilayətindəki Həştərxan Qaz Emalı Zavodunun infrastrukturuna zərbələr endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Ukrayna Baş Qərargah qeyd edib ki, neft emalı zavodunun məhsullarına benzin, dizel və reaktiv yanacaq daxildir və Rusiya ordusunun maddi-texniki təminatının vacib komponentidir.
Ukrayna hərbçiləri həmçinin Rusiyanın Həştərxan vilayətindəki Həştərxan Qaz Emalı Zavodunun infrastrukturunun dağıdılmasını təsdiqləyiblər.Zavod ərazisində yanğın baş verib: “Zavod təcavüzkar dövlətin qaz nəqli və yanacaq infrastrukturunun vacib elementidir və Rusiya hərbi-sənaye kompleksinin ehtiyaclarının ödənilməsində iştirak edir”. Hazırda zərərin miqyası müəyyən edilir.
Baş Qərargah əlavə edib ki, Ukrayna Müdafiə Qüvvələri "Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzü tamamilə dayandırılana qədər düşmən hədəflərinə sistematik şəkildə zərbələr endirməyə davam edəcək".
İlham