PDF Oxu

Siyasət

  • 1 277

"Azərbaycan Avropa ölkələri ilə əlaqələrini möhkəmləndirir" - ŞƏRH EDİLDİ

image

"Slovakiya Milli Şurası nümayəndələrinin Azərbaycana səfəri və yüksək səviyyədə qəbul olunması Azərbaycanın Avropa siyasətində son illərdə müşahidə olunan müsbət tendensiyanın davamı kimi qiymətləndirilə bilər. Bu səfər, xüsusilə Azərbaycanın Avropa ölkələri ilə ikitərəfli əməkdaşlıq modelinə üstünlük verməsi baxımından diqqət çəkir".Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.Onun sözlərinə görə, Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir: "Xüsusilə qaz və enerji resurslarının Avropa bazarına çatdırılması fonunda Azərbaycan bir sıra Avropa dövlətləri üçün strateji tərəfdaşa çevrilib. Bu isə enerji sahəsi ilə yanaşı, iqtisadiyyat, ticarət, logistika və siyasi əməkdaşlıq istiqamətlərində də əlaqələrin genişlənməsinə səbəb olur.Son dövrlərdə Azərbaycanın bəzi ümumavropa institutları ilə münasibətlərində müəyyən gərginliklər müşahidə olunur. Xüsusilə Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər qurumların Azərbaycana münasibətdə qərəzli və birtərəfli mövqe nümayiş etdirdiyi barədə Bakı tərəfindən dəfələrlə açıqlamalar verilib.Bu səbəbdən Azərbaycan ümumavropa strukturları ilə münasibətlərə daha praqmatik yanaşmağa başlayıb və ayrı-ayrı Avropa dövlətləri ilə birbaşa ikitərəfli əməkdaşlığı daha da gücləndirir.Bu kontekstdə Slovakiya ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Səfər həm parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, həm də siyasi dialoqun gücləndirilməsi baxımından vacib hesab oluna bilər.Azərbaycanın İtaliya ilə enerji və iqtisadi sahədə əməkdaşlığı, eləcə də Böyük Britaniya ilə strateji tərəfdaşlığı da Azərbaycanın Avropa siyasətində ikitərəfli münasibətlər modelinin uğurlu nümunələri kimi göstərilir.Ümumilikdə, Slovakiya nümayəndə heyətinin səfəri Azərbaycanın Avropa məkanında dost və tərəfdaş ölkələrlə əlaqələrinin inkişaf etdirilməsi, siyasi dialoqun genişləndirilməsi və parlament diplomatiyasının gücləndirilməsi baxımından müsbət və diqqətçəkən hadisə kimi qiymətləndirilə bilər".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər