PDF Oxu

Siyasət

  • 1 034

Tramp Çini Putindən və İrandan “qoparmağa” çalışır...

image

Mətləb Salahov: “Amma görünən odur ki, rəsmi Pekin nə İran, nə də ticarət “müharibəsi” barəsində mövqelərini dəyişməyəcək”

“ABŞ prezidentinin Çinə səfəri kifayət qədər qlobal məsələdir. Çünki bu səfər Donald Trampın Çin barədəki iddialarına, İrana münasibət və ticarət müharibəsinə dair məsələlərə aydınlıq gətirməli idi. Nəzərə alsaq ki, bu səfər çox nadir hallarda rast gəlinən səfərdir, deməli səfərin siyasi və iqtisadi ağırlığı da qaçılmazdır. Əlbəttə, D.Trampın son açıqlamalarına və Çinə apardığı heyətə nəzər salanda ilk hədəfin iqtisadi və ticarət əməkdaşlığı olacağı qaçılmazdır."
Bu barədə SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, xüsusilə son bir ildə Vaşinqton və Pekin arasındakı ticarət müharibəsi, D.Trampın Çin mallarına tətbiq etdiyi embarqolar, sərmayələr əsas danışıqlar mövzusu olub.
"Lakin hazırkı ABŞ Administrasiyasını narahat edən məqamlardan biri də Çinin İran daxil olmaqla Yaxın Şərqdəki bir sıra ölkələrlə sürətlə genişlənən münasibətləri, bu bölgədə çoxalmaqda olan Çin bazarı və investisiya gücüdür. Xüsusilə son bir neçə ayda rəsmi Pekinin İrana verdiyi diplomatik və gizli dəstək ABŞ-ı ən çox narahat edən məsələdir. Düzdür, Çinin bu səfərlə hazırkı siyasətindən vaz keçəcəyi qətiyyən gözlənilən deyil. Yəni D.Trampın Çin rəhbərliyini “yumşaltmaq” cəhdlərinin səmərə verəcəyi gözlənilən deyil. Üstəgəl çinlilərin Vladimir Putinlə də münasibətləri sərinləşdirmək fikri də mümkünsüz görünür. Lakin rəsmi Pekin bir sıra məsələlərdə öz strateji maraqları üçün Ağ Ev rəhbəri ilə dil tapmağa çalışır. Yəqin ki, iki ölkə arasındakı razılaşdırılacaq məsələlər tezliklə gün üzünə çıxacaq”.

Afət Tahirqızı

Digər xəbərlər