PDF Oxu

Siyasət

  • 1 039

"Artıq yalnız Bakı deyil, bütün ölkəmiz bu böyük beynəlxalq qlobal tədbirə tam hazırdır" - ŞƏRH

image

"Azərbaycan artıq dünyanın böyük qlobal tədbirlərinin keçirildiyi bir məkana çevrilib və maraqlısı da ondan ibarətdir ki, bu tədbirlərin təşkili, hazırlanması və keçirilməsi digər ölkələrə nümunə göstərilir".Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.Onun sözlərinə görə, yüksək səviyyəli təşkilati işlər, bu bacarıq və təcrübə artıq Azərbaycanda formalaşıb:"Biz dünya səviyyəli idman yarışları, mədəniyyət tədbirləri və beynəlxalq siyasi tədbirlərin daimi keçirildiyi məkanlardan birinə çevrilməklə yanaşı, ölkəmizin bir çox sahələrdəki nailiyyətlərini də nümayiş etdiririk. Cənab Prezident artıq 17–22 may tarixlərində təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının hazırlıq işləri ilə bağlı Bakı Olimpiya Stadionu ətrafında görülən işlərlə tanış olub. Artıq yalnız Bakı deyil, bütün ölkəmiz bu böyük beynəlxalq qlobal tədbirə tam hazırdır.Tədbirin keçirilməsi, qarşıya çıxa biləcək məsələlər və təşkilati proseslə bağlı görülən işlərin hər biri ilə tanış olan dövlət başçısı öz tapşırıq və tövsiyələrini verib. Bu artıq ənənə halını alıb. Ölkə başçısı böyük miqyaslı beynəlxalq tədbirlər öncəsi həmin məkanlara gəlir, görülən işlərlə şəxsən tanış olur, hazırlıq prosesini izləyir və öz tapşırıq və tövsiyələrini verir. Bu dəfə də 13-cü forumun hazırlıq prosesini izləyən ölkə başçısı vacib tövsiyələrini çatdırıb. Həmçinin Bakıda Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ilə biz Azərbaycanı təbliğ edirik, Bakı şəhərinin gözəlliyini, təmizliyini, şəhərsalma mədəniyyətini, qədimliklə müasirliyin vəhdətini nümayiş etdiririk. Düşünürük ki, şəhərimiz yenə də gələn qonaqların rəğbətini qazanacaq və bu, gələcəkdə ölkəmizə turist axınının artmasına müsbət təsir göstərəcək. Əminik ki, bu tədbir də ölkəmizdə keçirilən digər beynəlxalq əhəmiyyətli böyük tədbirlər kimi ən yüksək səviyyədə təşkil olunacaq".

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər