Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının Bakıxanov qəsəbəsi, “Ruhulla Axundov küçəsi 9” (94 nömrəli tam orta ümumtəhsil məktəbi) ünvanı üzrə ərazi ilk partiya təşkilatında yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ideologiyasının tərənnümü və tarixi reallığı əsasında yaranan Yeni Azərbaycan Partiyası bu gün də öz uğur və tərəqqi sözünü deməkdədir. Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.
94 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Elvina Abadlı vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin mövcud olduğu bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması dövlətçilik tariximizin dönüş nöqtələrindən oldu. Bu gün Ümummilli Liderimizin layiqli davamçısı olan Prezident, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin şərəfli Zəfər tarixinin yeni parlaq səhifələri yazılır.
Daha sonra təşkilati məsələlərə baxılıb. Təşkilatın sədrliyinə Elvina Abadlının, sədr müavinliyinə isə Gülnarə Əliyevanın namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində yekdilliklə ərazi partiya təşkilatının sədri Elvina Abadlı Mahmud qızı, sədr müavini isə Gülnarə Əliyeva İsmət qızı seçiliblər.
Ərazi partiya təşkilatının seçilmiş yeni sədr və sədr müavini göstərilən etimada görə minnətdarlıqlarını ifadə ediblər.