Azərbaycan bütün sahələr üzrə inkişaf edir və güclənir. Bu isə ölkəmizin dünya miqyasında nüfuzunun artmasına, mövqelərinin möhkəmlənməsinə geniş imkanlar yaradır. Xüsusilə də siyasi, ictimai sabitlik Azərbaycanın ən böyük sərvəti hesab olunur. Ətraf ölkələrdə, eləcə də müxtəlif xarici bölgələrdə amansız müharibələr, münaqişələr baş verdiyi halda, Azərbaycan sabitlik adası olaraq tanınır. Dost ölkələr Azərbaycanın bu vəziyyətinə sevinsələr də, qısqanc və düşmənçilik hissi ilə yanaşan qüvvələr də var. Məhz ikincilər Azərbaycanın uğurlarına, qələbələrinə kölgə salmaq üçün iyrənc vasitələrdən, üsullardan istifadə edirlər. Daha çox da onlar sapı özümüzdən olan baltalardan yararlanmağa çalışırlar. Yəni, müxtəlif törətdikləri müxtəlif cinayətlərin cəzasından yayınmaq üçün Avropaya və ABŞ-a qaçan bəzi antimilli ünsürləri təxribat maşınlarının siyahısına cəlb edir, onlardan alət olaraq istifadə edirlər. Təxribatçı qrup üzvləri müxtəlif ölkələrdən Azərbaycana qarşı eşşək kimi anqırıb, it kimi ulamağa çalışsalar da, ümumi koordinasiya işi Fransadan, bəzi hallada isə Almaniyadan həyata keçirilir. Fransa o dövlətdir ki, 44 günlük Vətən müharibəsində və parlaq hərbi qələbədən sonra ölkənin senatı erməniləri himayə edən, Ermənistana dəstək göstərən irticaçı qərarlar qəbul etdi, Makron hər fürsətdə ölkəmizlə bağlı qərəzli açıqlamalarla çıxış edib. Almaniyada eynilə ermənipərəst mövqe sərgiləyib. Almaniyada faşist ideologiyasının əsas təmsilçilərindən olan Frank Şvabenin təklifi əsasında Azərbaycanın AŞPA-da səsvermə hüququnun məhdudlaşdırılması ilə bağlı qətnamə qəbul edildi. 30 il AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Bu baş vermədi, sonrakı mərhələdə Azərbaycan işğal altındakı torpaqlarını azad etdiyi zaman baş-başa verib, erməni faciəsinə ağlaşma qurdular. Azərbaycanı hədəf seçməklə erməni himayədarı olduqlarını nümayiş etdirdilər. Bu günlər, yəni aprelin 30-da Avropa Parlamenti Azərbaycana qarşı daha bir separatçı qətnamə qəbul etdi. Ümumilikdə, Azərbaycan 30 illik erməni işğalına son qoyub, ərazilərini separatçı və terrorçu ünsürlərdən təmizlədikdən sonra Avropa Parlamenti Azəbaycanla bağlı 14 qətnamə qəbul edib. Hər bir qətnamə ədalətsiz, qərəzli və erməni maraqlarına xidmət üzərində qəbul edilən qətnamələr olub.
Sapı özümüzdən olan baltalar da erməni dəyirmanına su tökürlər
Diqqətçəkən məqam ondan ibarətdir ki, sapı özümüzdən olub, maddi və mənəvi dəstəyi xarici maraqlı dairələrdən alan bir qrup dağıdıcı müxalif ünsür AŞPA, Avropa Parlamenti kimi rüşvətə və korrupsiya girdabında əzilən qurumların Azərbaycanla bağlı qəbul etdikləri separatçı qətnamələrə haqq qazandırırlar. Milli Şura, AXCP, Müsavat liderləri və xaricdəki antimilli ünsürlər davamlı şəkildə doğulub boya-başa çatdıqları, suyunu içib, çörəyini yedikləri Azərbaycanı aşağılamağa, atributlarını təhqir etməyə çalışırlar. Hansı ki, İsa Qəmbər, Cəmil Həsənli, Arif Hacılı və digərləri açıq şəkildə Azərbaycan qanunverciyini pozmaq siyasəti aparırlar. Düzdür, onların sırasında olub, qatı cinayət əməli törədən AXCP sədri Əli Kərimli və onun müşaviri Məmməd Rahim həbs olunublar. Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə təqsirləndirirlər. Təbii ki, törədilən cinayətlər cəzasız qala bilməz. Həm də Azərbaycan hüquqi, azad dövlətdir. Kimsənin statsusuna, cəmiyyətdə tutduğu mövqeyinə görə, cinayətdən azad edilməsi mümkünsüzdür. Belə hal baş versə, sensasiya olaraq qiymətləndirirlər və ölkəmizin imicinə xələl gətirər. Yalnız məhkəmə istisna hallarda qərarını elan edərkən məhkəməsi keçirilən şəxsə qarşı qismən humanist davranış nümayiş etdirə bilər. Qanuna görə isə, cəzadan heç kim xilas ola bilər. El məsəlində deyildiyi kimi, “qanun şahdır, şah qanun deyil”. Ramiz Mehdiyevlə əlaqələr qurub qanuni hakimiyyəti devirməyə və bununla da Azərbaycanı yenidən ötən əsrin 90-cı illərində hökm sürmüş xaos və anarxiya dövrünə qaytarmağa cəhd edənlərə ən ağır cəza verilməlidir.
Xaricdəki antimilli ünsürlər cəzadan qaça bilməyəcəklər
İstintaq araşdırmalarına görə, cinayət əməllərində iştiraklarına görə Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmişdir. Təbii ki, xaricdə gizlənən təqsirləndirlən şəxslərdə həbs edilərək, Azərbaycan istintaq orqanlarına təhvil veriləcəklər. Nəzərə alınmalıdır ki, Azərbaycanda kimliyindən, tutduğu mvqeyindən və statusundan asılı olmayaraq hər kəs qanun qaşısında cavabdehlik daşıyır. Bu baxımdan müxtəlif cinayətlər törətdiklərinə görə, xaricə qaçanlara qarşı Azərbaycanın Baş Prokurorluğunun İstintaq İdarəsinin qaldırdığı cinayət işləri təbiidir. Bununla bağlı onların qeydiyyatda olduqları ünvanlara bildirişlər göndərib və istintaq idarəsinə gəlmələri qeyd olunub. Bir daha Azərbaycanın qanunlarına qarşı hörmətsizlik nümayiş etdirən xaricdə gizlənən antimilli ünsürlər Baş Prokurorluğun İstintaq İdarəsinin çağırışına əməl etməyiblər. Prokurorluq tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Qənimət Zahid, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Orxan Ağayev, Qurban Məmmədov barəsində təqdimatlara baxılıb. Məhkəmə prosesi zamanı sözügedən antimilıli ünsürlər müxtəlif müddətlərə qiyabi olaraq azadlıqdan məhrumetmə cəzasına layiq görülüblər. Təbii ki, qiyabi cəza qısa müddət ərzində reallığa çevriləcək. Haqlarında məhkəmə qərarı olanlara gizləndikləri Avropa və ABŞ-da həbs edilərək Azərbaycana gətiriləcəklər. Bu zaman qanunvericiliyin tələbinə uyğun olaraq cəzalarını cəkməli olacaqlar.
İ.ƏLİYEV