PDF Oxu

Siyasət

  • 532

“Avropa Parlamenti Sovet İttifaqının Ali Sovetinə bənzəyir” - FOTO

image

Avropa Parlamenti Gürcüstan hökumətinə sadiq olan İmedi telekanalının jurnalistlərinin fəaliyyətini bir il müddətinə məhdudlaşdırmaq və onların akkreditasiyasını ləğv etmək barədə qərar qəbul edib. Məsləyə Gürcüstanın Baş naziri İrakli Kobaxidze sərt münasibət bildirib. Baş nazir qeyd edib ki, Avropa qurumları "faktiki olaraq nüfuzunu itirir" və artıq media azadlığı prinsiplərinə diqqət yetirmir. O bildirib ki, bu cür hərəkətlər "heç bir standarta cavab vermir" və söz və media azadlığının artıq Avropa Parlamenti üçün prioritet olmadığını göstərir: “Görürsünüz ki, Avropa qurumları demək olar ki, tamamilə nüfuzunu itirir. Media azadlığı artıq onlar üçün heç bir məna kəsb etmir. Böyük Britaniyanın başlatdığı işi indi Avropa Parlamenti davam etdirib”.

"Avropa Parlamenti getdikcə keçmiş Sovet İttifaqının Ali Sovetinə bənzəyir, daha doğrusu, artıq ona bənzəyir. Bu, şahidi olduğumuz faciəli bir vəziyyətdir. Ümid edirik ki, bütün bunlar gələcəkdə düzəldiləcək", - deyə Kobaxidze yekunlaşdırıb.

Qeyd etmək lazımdır ki, Moldova İmedi TV-yə və hökumətyönlü iki digər Gürcüstan televiziya kanalına - POSTV və Rustavi 2-yə akkreditasiya verməkdən imtina etmişdi, bu da onların müxbirlərinin 15-16 mayda Kişinyovda keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edə bilməyəcəyi deməkdir.

Xatırladaq ki, mart ayında Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan hökumətinin düzgün yolda olduğunu və Aİ-nin öz yolunu dəyişdirməli olduğunu bildirmişdi.

İlham

Digər xəbərlər