Çin prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trampın Çinə davam edən dövlət səfərini tarixi və simvolik adlandırıb. Bu açıqlama Trampla Pekinin mərkəzindəki Çjunnanhay iqamətgahında parkda gəzintidən sonra verilib. Jurnalistlər tərəfindən çəkilən Çin lideri "Bu, tarixi bir səfərdir, əlamətdar bir səfərdir" deyə qeyd edib.
ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinin Pekində keçirilən danışıqlar zamanı 200 Boeing təyyarəsini almağa razı olduğunu açıqlayıb. Eyni zamanda, Ağ Ev rəhbərini Çinə səfərində müşayiət edən milyarderlər iki ölkənin liderləri Donald Tramp və Çin prezidenti Si Cinpinin rəhbərlik etdiyi ABŞ və Çin nümayəndə heyətlərinin Pekində keçirilən görüşlərinin yaxşı keçdiyini və artıq yaxşı nəticələr verdiyini bildiriblər.
İlham