PDF Oxu

Siyasət

  • 983

““Ağıllı şəhər” və “ağıllı kənd” layihələri Azərbaycanın tətbiq etdiyi innovativ yanaşmadır” -DEPUTAT DANIŞDI

image

”Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Zəngilan şəhərində yeni yaşayış kompleksinə köçən ailələrlə görüşü dərin siyasi və mənəvi məna daşıyır. Bu görüş həm vətəndaşlarla səmimi ünsiyyətin, həm də son illərdə ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi böyük Qələbənin və “Böyük Qayıdış” siyasətinin real nəticələrinin göstəricisidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bir zamanlar mümkün görünməyən bir çox hədəflər artıq reallığa çevrilmişdir”.Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.Onun sözlərinə görə, Azərbaycan xalqı uzun illər ərzində çətin sınaqlardan keçərək güclü siyasi iradəyə, müasir orduya və milli həmrəyliyə əsaslanan qalib dövlət formalaşdırmışdır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunmuş, regionda yeni geosiyasi reallıqlar yaranmışdır. Bu uğurların əsasını Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun peşəkarlığı və xalq-iqtidar birliyi təşkil edir.Dövlət başçısının çıxışında ATƏT-in Minsk qrupu ilə bağlı səsləndirilən fikirlər uzun illər davam edən nəticəsiz danışıqlar prosesinə verilən siyasi qiymət kimi xarakterizə olunur. Münaqişənin həlli adı altında aparılan illərlə sürən proseslər ədalətli nəticə verməmiş, Azərbaycan isə öz gücünə arxalanaraq beynəlxalq hüququ və tarixi ədaləti özü bərpa etmişdir. Bu gün artıq dünya ictimaiyyəti regionda yaranan yeni reallığın müəllifinin Azərbaycan olduğunu qəbul edir.Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın inkişaf modelinin bariz nümunəsidir. Zəngilanın müasir nəqliyyat və logistika mərkəzinə çevrilməsi, kənd təsərrüfatı, yaşıl enerji və beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən layihələr bölgənin gələcək inkişaf perspektivlərini daha da gücləndirir. Azad edilmiş ərazilərdə həyata keçirilən işlər göstərir ki, bu torpaqlar yalnız bərpa edilmir, eyni zamanda müasir standartlara uyğun şəkildə yenidən qurulur.“Ağıllı şəhər” və “ağıllı kənd” layihələri Azərbaycanın postmünaqişə dövründə tətbiq etdiyi innovativ yanaşmanın uğurlu nümunəsidir. Ağalı kəndi artıq Böyük Qayıdışın rəmzinə çevrilmiş, müasir texnologiyalar, rəqəmsal idarəetmə və ekoloji yanaşmalarla qurulan model digər bölgələr üçün də örnək olmuşdur. Bu proses Azərbaycanın gələcəyə yönəlmiş inkişaf strategiyasının praktik təzahürüdür.Azərbaycanın qazandığı Zəfər xalqın iradəsinin, dövlətin gücünün və milli birliyin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra da regionda sülhün, sabitliyin və inkişafın əsas təminatçısı kimi mövqeyini möhkəmləndirəcək, azad edilmiş torpaqlar isə yaxın gələcəkdə dünyanın ən müasir yaşayış və inkişaf məkanlarından birinə çevriləcək”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər