Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının Ramana qəsəbəsi, “Haqverdiyev küçəsi 33” (198 nömrəli tam orta ümumtəhsil məktəbi) ünvanı üzrə ərazi ilk partiya təşkilatında yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır. Ulu Öndərin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına şərait yaratdı.
198 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Leyla Teymurova vurğulayıb ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, ölkəmizin beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib. YAP müstəqilliyimizin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində əvəzsiz rol oynadı, xalqımızın xilaskarı, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin, eləcə də regionun ən güclü siyasi qüvvəsinə çevrildi.
Daha sonra təşkilati məsələlərə baxılıb. Təşkilatın sədrliyinə Leyla Teymurovanın, sədr müavinliyinə isə ,əhla Mirzəbəyovanın namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində yekdilliklə ərazi partiya təşkilatının sədri Teymurova Leyla Teymur qızı, sədr müavini isə Mirzəbəyova Şəhla Əli qızı seçiliblər.
Ərazi partiya təşkilatının seçilmiş yeni sədr və sədr müavini göstərilən etimada görə minnətdarlıqlarını ifadə ediblər.