Astara Olimpiya İdman Kompleksində “28 May- Müstəqillik Günü” nə həsr olunmuş yeniyetmə oğlanlar arasında təşkil olunan 3x3 basketbol idman növü üzrə Astara rayon turniri də böyük marağa səbəb olub.
5 məktəb komandasının Olimpiya sistemi ilə mübarizəsi şəraitində keçən yarışda I yerə Astara şəhəri M. Ə. Sabir adına 1 saylı tam orta ümumtəhsil məktəb komandası, II yerə Elman Ağayev adına Səncərədi kənd tam orta ümumtəhsil məktəb komandası, III yerə şəhəri 2 saylı tam orta ümumtəhsil məktəb komandası layiq görülüb.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Astara Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi sayəsində baş tutan yarış Astara rayonu Elman Ağayev adına Səncərədi kənd tam orta ümumtəhsil məktəbin fiziki tərbiyə müəllimi Araz Nəzərov baş hakimliyi altında keçirilib.
Qalib komanda və komanda üzvləri Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomlarını alıblar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü