PDF Oxu

Siyasət

  • 893

“Azərbaycanda dayanıqlı şəhərlər mövzusu müzakirə edilir" - ŞƏRH

image

"Ümumiyyətlə, dünyada mənzil problemlərinin həlli istiqamətində mühüm beynəlxalq tədbirlərdən biri mayın 19-dan 22.dək Azərbaycanda keçirilir. Tədbirin əsas təşkilatçıları BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir".Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas, siyasətçi Əli Mustafa deyib.Siyasətçinin sözlərinə görə, bu tədbirin ən diqqətçəkən məqamlarından biri onun devizi, yəni şüarıdır: “Hər kəs üçün yaşayış şəhərləri, təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri”. Bu yanaşma müasir dövrdə şəhərsalma siyasətinin hansı istiqamətdə inkişaf etdiyini açıq şəkildə göstərir.Hazırda dünyada urbanizasiya proseslərinin sürətlənməsi, sosial bərabərsizlik, iqlim dəyişiklikləri, miqrasiya və əhalinin artımı kimi amillər insanların mənzil və yaşayış problemlərini qlobal çağırış səviyyəsinə çatdırıb. Bu baxımdan tədbirdə əsas diqqət insanların təhlükəsiz, əlçatan və dayanıqlı yaşayış mühiti ilə təmin olunmasına yönəlib.Tədbirin Bakı Olimpiya Stadionu ərazisində keçirilməsi planlaşdırılır və burada dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, şəhərsalma üzrə ekspertlər, memarlar, iqtisadçılar və digər mütəxəssislər iştirak edirlər.Müzakirələr əsasən şəhərsalma siyasəti, sosial mənzil təminatı, dayanıqlı şəhər modelləri, ekoloji təhlükəsizlik, müasir urbanizasiya çağırışları və dövlətlərin bu istiqamətdə ata biləcəyi addımlar ətrafında aparılır. Eyni zamanda tədbir çərçivəsində müəyyən təşəbbüslərin, əməkdaşlıq mexanizmlərinin və tövsiyə xarakterli qərarların qəbul olunacağı da gözlənilir.Belə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin qlobal platformalarda artan rolunu və beynəlxalq əməkdaşlıq proseslərində fəal iştirakını bir daha nümayiş etdirir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər