“Prezident İlham Əliyev, mənim əziz dostuma xüsusi minnətdarlığımı bildirirəm. Mən hər dəfə Bakıya və Azərbaycana gələndə, bu ən azı ildə bir dəfə olur ,böyük dəyişikliklər görürəm”.SİA xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında deyib.
Onun sözlərinə görə, mən Azərbaycan xalqının və Prezident Əliyevin ölkəniz və xalqınız naminə birgə həyata keçirdiyi böyük tərəqqini müşahidə edirəm:”Xaricdən gələn insanlar bu dəyişiklikləri daha aydın görə bilir, çünki onlar baş verən dəyişikliklərə daha tez uyğunlaşa və fərqi daha asan dərk edə bilirlər.Son illərdə ölkənizdə əldə olunan böyük inkişafı açıq şəkildə görmək mümkündür. Bu, sizin zəhmətiniz və sədaqətinizlə yanaşı, prezidentinizin də böyük bir xüsusiyyətindən irəli gəlir , bu, onun xalqına və ölkəsinə olan dərin sevgisi və ehtirasıdır. Məhz buna görə belə möhtəşəm inkişaf baş verir və Bakı dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə çatıb.Mən onu və sizi çox yüksək qiymətləndirirəm və ölkəmdə ,Serbiyada ,buna bənzər, lakin öz imkanlarımız çərçivəsində inkişaf yaratmağa çalışıram.Azərbaycanı 13-cü Dünya Şəhər Forumuna ev sahibliyi etməsi münasibətilə təbrik edir və bu çərçivədə ilk dəfə keçirilən sammit təşəbbüsünü yüksək qiymətləndirirəm. Bu formatın gələcəkdə də davam etdirilməsi, mənim fikrimcə, Dünya Şəhər Forumunun potensialından daha səmərəli istifadə etməyə böyük töhfə verəcəkdir.Biz bu gün Xəzər dənizi sahilində yerləşən, nəfəs kəsən və ilhamverici Azərbaycanda şəhərlərin çağırışları və imkanlarını müzakirə etmək üçün toplaşmışıq”.