PDF Oxu

Siyasət

  • 135

Lənkəranda “28 May – Müstəqillik Günü” münasibətilə voleybol yarışları - FOTO

image

Lənkəran Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü” münasibətilə oğlanlar arasında voleybol turniri keçirilib.

Yarışın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni oxunub, Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Açılış mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Yusif Xamiyev və Azərbaycan Respublikasının Əməkdar məşqçisi, voleybol üzrə məşqçi-müəllim, yarışın baş hakimi Rakif Ağayev çıxış edərək bu günün tarixindən danışıb, yarış qaydalarını izah edib və yarış iştirakçılarına uğurlar arzulanıb.
8 komandanın qatıldığı, maraqli və gərgin mübarizə şəraitində keçən yarışda 1-ci yerə Lənkəran şəhər 7 saylı tam orta məktəb, 2-ci yerə R. Dadaşov adına Sütəmurdov kənd tam orta məktəb, 3-cü yerə isə Lənkəran şəhər 5 saylı tam orta məktəbin komandaları çıxıblar.
Turnirdə I yeri tutan komandaya kubok, medal və diplom, II, III yeri tutan komandalara medal və diplomlar təqdim edilib.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər