PDF Oxu

Siyasət

  • 318

"Milli dəyərlər və müasir Azərbaycan gəncliyi" - FOTO

image

7 saylı Bakı “ASAN xidmət” mərkəzində baş tutuan "Milli dəyərlər və müasir Azərbaycan gəncliyi" mövzusunda gənclərlə görüşün qonaqları Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov olub.

Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov qeyd edib ki, milli dəyərlər Azərbaycan xalqının tarix boyu qoruyub yaşatdığı mənəvi sərvətlərin əsasını təşkil edir. Müasir Azərbaycan gəncliyi isə bu dəyərləri müasir dünyanın çağırışları ilə uzlaşdıraraq inkişaf etdirməyə çalışır. Azərbaycan Respublikasında həyata keçirilən uğurlu dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyev gəncləri xalqın və dövlətin gələcəyi adlandıraraq onların savadlı, vətənpərvər və milli ruhda yetişməsinə xüsusi diqqət yetirmişdir. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclərin inkişafı üçün geniş imkanlar yaradılır. Bildirilib ki, Müasir Azərbaycan gəncləri milli kimliyin, ana dilinin və mədəni irsin qorunmasını özlərinin mənəvi borcu hesab edirlər. Xüsusilə Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq xalqımızın tarixində şanlı səhifə kimi yadda qalmışdır. Dövlətə və xalqa bağlı olan gənclər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın azad olunmasında böyük fədakarlıq nümayiş etdirmişlər. Bu zəfər Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun və milli birliyinin ən böyük göstəricilərindən biri olmuşdur. Müasir texnologiyalar və qloballaşma dövründə gənclər həm dünyəvi biliklər əldə edir, həm də milli-mənəvi dəyərlərə sadiqlik nümayiş etdirirlər. Təhsil, idman, elm və mədəniyyət sahələrində əldə olunan uğurlar Azərbaycan gənclərinin potensialını açıq şəkildə göstərir. Böyük uğurlar əldə edirlər. Milli dəyərlərə bağlı, dövlətçilik ənənələrinə sadiq və müasir düşüncəli gənclik Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır.

Çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müasir Azərbaycan gəncliyi milli dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm missiya daşıyır. Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti və milli-mənəvi irsi gənclərin formalaşmasında əsas amillərdən biridir. Dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti nəticəsində bu gün gənclərin təhsil alması, xaricdə bilik və təcrübə qazanması üçün geniş imkanlar yaradılmışdır. Ulu Öndər Heydər Əliyev hər zaman gənclərə böyük ümid bəsləmiş və onların dövlətçilik ruhunda yetişməsini vacib hesab etmişdir. Prezident İlham Əliyev də öz çıxışlarında gənclərin ölkənin gələcəyi olduğunu dəfələrlə vurğulamışdır. Bu diqqət və qayğı nəticəsində Azərbaycan gəncləri müxtəlif sahələr üzrə beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər. Qeyd olunb ki, Milli ruhda yetişən gənclər Azərbaycanın tarixi həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak edirlər. Xüsusilə 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərində gənclərin göstərdiyi şücaət və qəhrəmanlıq böyük zəfərin əsas amillərindən biri olmuşdur. Azərbaycan əsgərinin qazandığı möhtəşəm qələbə gənclərin Vətənə sədaqətinin və milli birlik ruhunun parlaq nümunəsinə çevrilmişdir. Müasir dövrdə sosial şəbəkələr və informasiya texnologiyaları gənclərin dünyagörüşünü genişləndirsə də, milli kimliyin qorunması əsas prioritet olaraq qalır. Milli dəyərlərə bağlı, intellektual və vətənpərvər Azərbaycan gəncliyi dövlətimizin daha da güclənməsində aparıcı qüvvə kimi çıxış edir.

Çıxışlardan sonra gənclərin çoxsaylı sualları cavablandırılıb, xatirə şəkli çəkdirilib.

Digər xəbərlər