PDF Oxu

Siyasət

  • 834

“Xankəndi, Ağdərə və Xocalıda minatəmizləmə ən çətin mərhələlərdən biri olub” - Azərbaycanlı nümayəndə

image

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında minatəmizləmə və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətləri ən çətin proseslərdən biri idi”.SİA xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə deyib.Elçin Yusubov bildirib ki, Xankəndidə 1456 hektar, Ağdərədə 10 min 359 hektar, Xocalıda isə 9874 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.O qeyd edib ki, azad olunmuş ərazilərdə şəhərsalma siyasətinin əsas məqsədi insanların təhlükəsiz, rahat və dayanıqlı mühitdə yaşamasını təmin etməkdir. Bu məqsədlə həm yeni yaşayış massivləri planlaşdırılır, həm də mövcud infrastruktur yenidən qurulur.Xüsusi nümayəndə vurğulayıb ki, təhlükəsizlik məsələləri, o cümlədən fövqəladə hallara hazırlıq, yanğın təhlükəsizliyi və təxliyə planlarının hazırlanması şəhərsalma strategiyasının əsas elementlərindəndir.Onun sözlərinə görə, yeni layihələrdə ekoloji tarazlıq, sosial infrastrukturun inkişafı, parkların salınması, nəqliyyat imkanlarının genişləndirilməsi və ictimai xidmətlərin əlçatanlığı xüsusi diqqətdə saxlanılır.Elçin Yusubov bildirib ki, həyata keçirilən işlər Azərbaycanın şəhərlərinin daha müasir, dayanıqlı və insan yönümlü inkişaf modelinə keçidini təmin edir.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər