Rusiya prezidenti Vladimir Putinin 19 və 20 mayda Çinə səfəri başlayıb . Kreml iddia edir ki, bu səfərin Donald Trampın Çinə səfəri ilə heç bir şəkildə əlaqəli deyil. Putinin səfər tarixi Trampın getmək qərarından çox əvvəl razılaşdırılıb.
Çin xarici işlər naziri Vanq Yi və fəxri qarovul 19 mayda hava limanında Rusiya prezidentini qarşılayıb. Qarşılanma mərasimində çinli uşaqlar da iştirak edib.
Qeyd edək ki, Vladimir Putini Çində böyük bir nümayəndə heyəti müşayiət edəcək. Tərkibinə rəsmi şəxslər və iş adamları daxil olacaq. Onların arasında baş nazirin müavinləri, Xarici İşlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Nəqliyyat Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Təhsil Nazirliyinin, Maliyyə Nazirliyinin, Tikinti Nazirliyinin rəhbərləri, prezident administrasiyasının nümayəndələri, bir neçə bölgənin rəhbərləri, Roskosmos, Rosatom, Şərq İqtisadi Forumunun, bir neçə bankın rəhbərləri, iri biznes, universitet və xəbər agentliklərinin nümayəndələri var.
İlham